Moldovaya girişinə icazə verilməyən 40-a yaxın azərbaycanlı tələbə ölkəyə qaytarılacaq - RƏSMİ

Xarici siyasət
  • 13 noyabr, 2025
  • 11:50
Moldovaya girişinə icazə verilməyən 40-a yaxın azərbaycanlı tələbə ölkəyə qaytarılacaq - RƏSMİ

Moldovaya girişinə icazə verilməyən 40-a yaxın azərbaycanlı tələbə ölkəyə qaytarılacaq.

Bunu "Report"un sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, Azərbaycanın Moldovadakı səfirliyi məsələ barədə məlumatlıdır və həmin gənclərə hər bir dəstək göstərilib:

"Ukraynada təhsil almaq üçün yollanan azərbaycanlı tələbələrin universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfi onların ölkəyə girişinə icazə verməyib. Tələbələr ölkəmizə geri qaytarılacaq".

Xatırladaq ki, sosial şəbəkədə yayılan məlumata görə, 40-a yaxın azərbaycanlı tələbə Kişineu beynəlxalq hava limanında gözlənilməz problemlə üzləşib. Onların Moldovaya girişlərinə icazə verilməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti