Növbəti köç karvanları Daşbulaq və Badaraya çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
- 13 noyabr, 2025
- 13:36
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Daşbulaq və Badara kəndlərinə çatıb, mənzillərin açarları təqdim edilib.
"Report"un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu kəndlərə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub.
Qeyd edək ki, bu köçlə Daşbulaq kəndinə qayıdan ailələrin sayı 30-a (122 nəfər), Badaraya köçürülən ailələrin sayı isə 37-yə (136 nəfər) çatıb.
Xocalı rayonuna yola salınan növbəti köç karvanları Daşbulaq və Badara kəndlərinə çatıb.
"Report"un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, Daşbulaq və Badara kəndlərinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələdə Daşbulağa 9 ailə (31 nəfər), Badaraya isə 6 ailə (19 nəfər) köçürülüb.