Deputat: "Kəndlilərin çoxu torpağını suvarmaq üçün su tapmır"

ASK
  • 13 noyabr, 2025
  • 13:35
Deputat: Kəndlilərin çoxu torpağını suvarmaq üçün su tapmır

Azərbaycanda kəndlilərin çoxu torpağını suvarmaq üçün su tapmır.

"Report" xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Onun sözlərinə görə, son nəticədə torpaq fermerlər üçün yükə çevrilir: "Hazırda Azərbaycanda torpaqların 40 %-i su çatışmazlığından əziyyət çəkir. Azərbaycan kəndlisi torpağını suvarmaq üçün su tapmır".

Deputat qeyd edib ki, kəndlinin digər problemi bazara çıxışla bağlıdır: "Fermerlərin məhsullarını bazara çıxarmaq imkanı yoxdur. Bu gün kənd təsərrüfatı məhsullarının satışının 70 %-dən çoxu iri tədarükçülərin və topdansatış mərkəzlərinin payına düşür. Yəni bazar artıq iri fermerlərin və böyük şirkətlərin əlindədir. Məsələn, hər hansı kəndli 1-2 hektar ərazidə məhsul yetişdirir, amma bazara çıxara bilmir. Nəticədə kəndli ya məhsulunu dəyər-dəyməzə satır, ya da onun məhsulu sahədə çürüyür. Əgər torpaq gəlir gətirmirsə, o, rifah deyil, yükdür. Kəndli artıq şəhərdə iş axtarır, çünki kənddə gəlir azalır, ya da yoxdur".

Son xəbərlər

Bütün Xəbər Lenti