Keniya Prezidenti: Bakı və Nayrobi investisiyaların artırılmasını hədəfləyib

Xarici siyasət
  • 20 noyabr, 2025
  • 11:04
Keniya Prezidenti: Bakı və Nayrobi investisiyaların artırılmasını hədəfləyib

Azərbaycan və Keniya ticarət və investisiyaların inkişafına sadiqliyini təsdiqləyib.

"Report" verdiyi məlumata görə, bu barədə Keniya Prezidenti Uilyam Ruto Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevlə görüşdən sonra "X" hesabında yazıb.

"Müzakirələr zamanı əsas diqqət ölkələr arasında uzunmüddətli əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinə və xalqlarımıza real imkanlar təqdim edə biləcək yeni tərəfdaşlıq sahələrinin öyrənilməsinə yönəldilib. Biz ümumi rifahın əsas amili kimi ticarət və investisiyaların inkişafına sadiqliyimizi təsdiqlədik", - o yazıb.

Son xəbərlər

Bütün Xəbər Lenti