Növbəti köç karvanı Hadruta çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2
- 20 noyabr, 2025
- 14:28
Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Hadrut qəsəbəsinə çatıb, sakinlərə açarlar təqdim olunub.
"Report"un Qarabağ bürosu xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmçilçiləri iştirak ediblər.
Bununla Hadruta köçürülən ailələrin sayı 27-yə (104 nəfər) çatıb.
Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Hadrut qəsəbəsinə çatıb.
"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Hadruta 17 ailə (63 nəfər) köçürülüb.
Xocavənd rayonunun Hadrut qəsəbəsinə növbəti köç karvanı yola salınıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Hadruta 17 ailə (63 nəfər) köçürülür.
Qəsəbəyə köç edənlər ölkənin müxtəlif yerlərində, əsas ən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla Hadruta köçürülən ailələrin sayı 27-yə (104 nəfər) çatacaq.