İtaliyalı nümayəndə: Hərbçilərin və mülki şəxslərin itkin düşməsi ilə bağlı əməkdaşlığı genişləndirməliyik

Xarici siyasət
  • 09 oktyabr, 2025
  • 10:28
İtaliyalı nümayəndə: Hərbçilərin və mülki şəxslərin itkin düşməsi ilə bağlı əməkdaşlığı genişləndirməliyik

İstər hərbçilərin, istərsə də mülki şəxslərin itkin düşməsi ilə bağlı beynəlxalq və lokal səviyyədə əməkdaşlığı genişləndirmək lazımdır.

"Report" xəbər verir ki, bunu Humanitar Hüquq İnstitutunun prezidenti Giorgio Battisti Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında deyib.

O bildirib ki, rəhbəri olduğu institut bu sahədə dünyanın müxtəlif dövlətləri və təşkilatları ilə əlaqəli fəaliyyət göstərir:

"İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi istiqamətində fəaliyyətimiz müntəzəm həyata keçirilir. İnstitutumuz tək itkin düşmüş şəxslərin problemləri qaldırmaqla kifayətlənmir, həm də bu çərçivədə müxtəlif beynəlxalq təlimlər, dəyirmi masalar təşkil edir. Həmin tədbirlərdə beynəlxalq böhran fonunda digər təşkilatlarla itkinlər mövzusunda müzakirələr aparılır".

Son xəbərlər

Bütün Xəbər Lenti