Hurşit Yıldırım: Azərbaycan və Türkiyə çoxvektorlu kodlar çərçivəsində hərəkət edir
- 09 oktyabr, 2025
- 10:35

Azərbaycan və Türkiyə çoxvektorlu kodlar çərçivəsində hərəkət edir.
"Report" xəbər verir ki, bunu Türkiyənin ədliyyə nazirinin müavini Hurşit Yıldırım Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
"İtkin düşmüş şəxslərlə bağlı bu beynəlxalq tədbirin bütün iştirakçı ölkələr üçün vacib əhəmiyyət daşıdığını düşünürəm. Azərbaycan və Türkiyə bütün sahələrdə çoxvektorlu kodlar çərçivəsində hərəkət edir. Məcburi itkin düşmənin nəticəsi ölüm olmasa da, bu hadisənin həmin şəxs üzərində mənfi, psixoloji təsiri qaçılmazdır. İtkin düşmüş şəxslər problemi sadəcə keçmişin yox, həm də bu günün problemidir", - o əlavə edib.
H.Yıldırım vurğulayıb ki, həmin şəxslərin yerini və şəxsiyyətini müəyyənləşdirmək üçün texnoloji yeniliklərdən faydalanmaq mütləqdir.