Hikmət Hacıyev və Kristofer Landau Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

Xarici siyasət
  • 10 sentyabr, 2025
  • 17:20
Hikmət Hacıyev və Kristofer Landau Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtonda ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

Tərəflər Azərbaycan və ABŞ arasında strateji münasibətləri, eləcə də regional məsələləri müzakirə ediblər.