Paşinyan İrəvanın Bakı ilə müqavilədən əvvəl Minsk Qrupunun buraxılmasına niyə razılaşdığını açıqlayıb
Region
- 10 sentyabr, 2025
- 20:11
Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər Ermənistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını şərtləndirdiyi üçün Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi imzalamazdan əvvəl ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verib.
"Report"un xəbərinə görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan hökumətinin sülh sazişi paraflanandan sonra ATƏT-in Minsk qrupunun buraxılmasına razılaşmasına məhz bu prinsiplərin təsbiti səbəb olub.
"Bir sıra məsələlərin bizim üçün məqbul şəkildə tənzimləndiyini görəndə, bu şansı əldən verə bilməyəcəyimizə qərar verdik", - Baş nazir bildirib.
Son xəbərlər
10:47
Rusiyanın Dnepropetrovska hücumu nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb
Digər ölkələr10:46
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilir
Xarici siyasət10:46
Paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 15 % artıb
Biznes10:46
Komitə sədri: Azərbaycanda elmi rəhbərlər tələbələrinin tədqiqatlarını diqqətlə oxumurlar
Elm və təhsil10:44
Kavelaşvili: Tbilisidəki aksiyaları Aİ–Gürcüstan münasibətlərində maraqlı olmayan qüvvələr təşkil edir
Region10:44
Foto
Fərid Qayıbov Dünya Antidopinq Konfransında iştirak edib
Fərdi10:41
Türk dövlətlərinin ümumi xəritəsi hazırlanıb
Daxili siyasət10:40
"Neftçi"nin 33 mövsümdən sonra seriyası qırılıb
Futbol10:34