Hafiz Paşayev: Beyin Mərkəzləri forumları Azərbaycan və ABŞ münasibətlərinin inkişafı üçün stimul olacaq

Xarici siyasət
  • 18 noyabr, 2025
  • 09:44
Hafiz Paşayev: Beyin Mərkəzləri forumları Azərbaycan və ABŞ münasibətlərinin inkişafı üçün stimul olacaq
Hafiz Paşayev

Beyin Mərkəzləri forumları Azərbaycan və ABŞ münasibətlərinin inkişafı üçün stimul olacaq.

"Report"un məlumatına görə, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumunda bildirib.

"ABŞ-dəki diplomatik mandatım dövründə bu ölkədə beyin mərkəzlərinin nə qədər fəal və peşəkar işlədiyi məni təəccübləndirib. Mən kifayət qədər çətin dövrdə ABŞ-də Azərbaycanın səfiri olmuşam və Vaşinqtonda ölkəmizin ilk nümayəndəsi idim. Mənim üçün bir çox şey yeni idi və bu prosesdə beyin mərkəzləri böyük rol oynadı. Onların arasında xüsusilə CSIS-i qeyd edərdim. Tez-tez onların tədbirlərində iştirak edirdim və bu, mənim üçün həqiqi diplomatiya məktəbinə çevrildi", - o bildirib.

H.Paşayev, həmçinin Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumunun həyata keçirilməsi ideyasını yüksək qiymətləndirib. O qeyd edib ki, bu cür forumlar ikitərəfli münasibətlərin inkişafı üçün stimul olacaq.

Xatırladaq ki, Hafiz Paşayev müstəqil Azərbaycanın ABŞ-dəki ilk səfiri olub. O, 1993-cü ildə bu vəzifəyə təyin edilib və sonrakı illərdə Azərbaycan-ABŞ münasibətlərinin formalaşmasında rolları olub.

Son xəbərlər

Bütün Xəbər Lenti