Qızıl FED-in uçot dərəcəsi ilə bağlı qeyri-müəyyənlik fonunda ucuzlaşıb

Maliyyə
  • 18 noyabr, 2025
  • 11:27
Qızıl FED-in uçot dərəcəsi ilə bağlı qeyri-müəyyənlik fonunda ucuzlaşıb

Dünya bazarında qızıl ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsinin daha da endirilməsi perspektivləri ilə bağlı qeyri-müəyyənlik fonunda ucuzlaşıb.

"Report" xəbər verir ki, bu, ticarət məlumatlarında öz əksini tapıb.

Nyu-Yorkun Comex birjasında dekabr fyuçersi üzrə qızılın qiyməti əvvəlki bağlanışla müqayisədə 64,74 ABŞ dolları və ya 1,59 % azalaraq bir troy unsiyası üçün 4 009,76 ABŞ dolları təşkil edib.

Dekabr fyuçersi üzrə gümüş 2,75 % ucuzlaşaraq bir unsiyası 49,315 ABŞ dollarına bərabər olub.

FED-in növbəti iclası 9-10 dekabrda keçiriləcək. "CME Group"un məlumatına görə, ekspertlərin fikirləri fərqlənir: 53,4 % dekabr iclasının yekunu üzrə uçot dərəcəsinin illik 3,75-4 % səviyyəsində saxlanılacağını, qalanları isə 3,5-3,75 %-ə qədər azalacağını gözləyir.

Son xəbərlər

Bütün Xəbər Lenti