Keniyanın Dövlət Prokurorluğunun nümayəndə heyəti Lənkəranda olub
Hadisə
- 24 sentyabr, 2025
- 14:33
Keniyanın Dövlət Prokurorluğunun nümayəndə heyəti Lənkəranda olub.
Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qonaqlar Lənkəranda Heydər Əliyev Xatirə Parkını ziyarət edib, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyası ilə tanış olub, həmçinin "Laran" MMC-nin qənnadı məhsullarının istehsalı müəssisəsi, "Azərxalça" ASC-nin Lənkəran filialı və "Yaşıl Çay" fermer təsərrüfatının çay plantasiyasının fəaliyyəti ilə yaxından maraqlanıblar.
Nümayəndə heyəti Lənkəranda yaradılmış müasir infrastruktur, mədəni irsin qorunması və iqtisadi sahədə əldə olunan nailiyyətlər barədə məlumatlandırılaraq, səfərin onlarda xoş təəssürat yaratdığını vurğulayıb.
Son xəbərlər
17:21
Məcnun Məmmədov: "Torpaqların konsolidasiyası qapalı suvarma şəbəkəsi ilə su təminatı layihəsidir"
ASK17:19
Bu il azad edilmiş ərazilərdə 11 məktəbdə ilk dəfə "Son zəng" çalınacaq
Elm və təhsil17:18
Bu il 116 550 şagird məzun olur
Elm və təhsil17:18
"Şamaxı" heyətini Sənan Muradlı ilə gücləndirib
Futbol17:15
Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb
Fərdi17:15
Foto
İqtisadi Şurada Ələt Azad İqtisadi Zonasının fəaliyyəti müzakirə olunub
Biznes17:11
Rusiya Ermənistandan karantin nəzarəti altında olan malların idxalını qadağan edib
Region17:11
Əhməd əş-Şəraa Vaşinqtona səfər etməyi planlaşdırır
Digər ölkələr17:05