AQTA-da bir sıra kadr dəyişikliyi olub
Daxili siyasət
- 24 sentyabr, 2025
- 14:40
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bir sıra kadr dəyişikliyi olub.
"Report" xəbər verir ki, sədr Qoşqar Təhməzlinin müvafiq əmri ilə qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev Agentliyin Şərqi Zəngəzur regional bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsinə isə şöbə müdirinin müavini İlkin Kərimov təyinat alıb.
Həmin şöbənin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Hüsniyyə Həsənova təyin olunub.
H.Həsənova uzun illər televiziya sahəsində fəaliyyət göstərib. 2021-2025-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nda baş direktorun katibliyində çalışıb.
Son xəbərlər
02:16
Britaniya müdafiə üçün 20 milyard dollar ayırmaq niyyətindədir
Digər ölkələr01:35
Seneqal - İraq oyununun ən yaxşı fubolçusu Pap Qeye seçilib
Futbol01:32
Usman Dembele Norveç - Fransa matçının ən yaxşı fubolçusu adına layiq görülüb
Futbol01:06
Foto
DÇ-2026: Seneqal İraqa 5 cavabsız qolla qalib gəlib - YENİLƏNİB-7
Futbol01:05
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib - YENİLƏNİB
Region01:00
Foto
DÇ-2026: Fransa Norveçi Dembelenin qolları ilə məğlub edib - YENİLƏNİB-6
Futbol00:13
"Neftçi" slovakiyalı hücumçunu transfer edib
Futbol00:10
Burkina Faso Fransa ilə diplomatik əlaqələrini kəsib
Digər ölkələr23:47