Elnur Məmmədov Peru universitetində Azərbaycanın xarici siyasəti haqqında danışacaq
Xarici siyasət
- 04 sentyabr, 2025
- 10:24

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Perunun San-Markos Milli Universitetində mühazirə ilə çıxış edəcək.
Bu barədə "Report" universitetin mətbuat xidmətinə istinadən xəbər verir.
Mühazirə universitetin nəzdindəki Asiya Araşdırmaları Mərkəzi və Azərbaycan Respublikasının səfirliyi tərəfindən təşkil olunacaq.
E.Məmmədov Cənubi Qafqazdakı siyasi vəziyyətin təhlilini təqdim edəcək və Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri barədə danışacaq.
San-Markos Milli Universiteti təkcə Perunun deyil, bütün Latın Amerikasının ən qədim universitetidir. Limada yerləşən ali təhsil müəssisəsi 1551-ci il mayın 12-də İspaniya kralı I Karlosun fərmanı ilə təsis edilib.
Son xəbərlər
13:28
Səfir: Azərbaycan Pakistan ilə media sahəsində əməkdaşlığın inkişafında maraqlıdır
Xarici siyasət13:25
Baş katib: NATO ilə əməkdaşlıq Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiyanı gücləndirib
Digər ölkələr13:19
Foto
İzmirdə Azərbaycan-Türkiyə IV Enerji Forumu başlayıb
Energetika13:00
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Mədəniyyət siyasəti12:59
Erkin İbrahimov: "Kəpəz"in daxilində də komandaya qarşı hansısa addımlar olur"
Futbol12:51
İran AEBA ilə əməkdaşlığı müzakirə edir
Digər ölkələr12:43
Azərbaycan və BƏƏ enerji sahəsində tərəfdaşlıq imkanlarını müzakirə ediblər
Biznes12:42
"Yuventus" klubu Kenan Yıldızla müqavilə müddətini uzatmağa yaxındır
Futbol12:41