Kavelaşvili: Tbilisidəki aksiyaları Aİ–Gürcüstan münasibətlərində maraqlı olmayan qüvvələr təşkil edir
- 03 dekabr, 2025
- 10:44
Gürcüstan prezidenti Mixail Kavelaşvili ölkə parlamenti qarşısında keçirilən etiraz aksiyalarına "Gürcü Arzusu" hökuməti ilə Avropa İttifaqına (Aİ) üzv dövlətlər arasında yaxın münasibətlərin qurulmasında maraqlı olmayan qüvvələrin rəhbərlik etdiyini bildirib.
"Report"un yerli bürosu xəbər verir ki, M.Kavelaşvili bu fikirləri "Deutsche Welle" nəşrinə müsahibəsində deyib.
Kavelaşvilinin sözlərinə görə, Tbilisidə keçirilən aksiyalarda iştirak edən qruplar xaricdən maliyyələşir və proseslər süni şəkildə təşkil olunur:
"Bu insanlar - əsasən gənclər - xarici təsirlərlə aldadılmış vətəndaşlardır. Etirazların arxasında hökumət ilə Avropa İttifaqına üzv dövlətlər arasında sıx münasibətlərdə maraqlı olmayan qüvvə dayanır. Proseslər məqsədyönlü şəkildə idarə olunur".
O bildirib ki, aksiya iştirakçılarının fəaliyyətinin ölkənin rifahına deyil, xarici dairələrin maraqlarına xidmət etdiyi faktlarla sübut olunub.