AMEA-nın vitse-prezidenti: Gənclərin elmi tədqiqatlara maraq göstərməməsinin səbəbləri araşdırılmalıdır

Elm və təhsil
  • 03 dekabr, 2025
  • 10:49
AMEA-nın vitse-prezidenti: Gənclərin elmi tədqiqatlara maraq göstərməməsinin səbəbləri araşdırılmalıdır

Azərbaycanda elmin inkişafına dair dövlət strategiyası formalaşdırılmalıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Rasim Əliquliyev "Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm ve universitetler" mövzusunda təşkil edilən dəyirmi masada deyib.

"Azərbaycanlı gənclər tədqiqatlara, elmi araşdırmalara maraq göstərmirlər. Onların maraq göstərməmə səbəbi araşdırılmalı, onu narahat edən məsələlər müəyyənləşdirilməlidir. Biz bu gün burada toplaşıb müzakirələr aparırıq, ancaq hesab edirəm ki, elmin maliyyələşməsindən tutmuş digər bütün istiqamətlər üzrə həmin sahələrdən məsul olan qurumların iştirakı ilə də sıxlıqla müzakirələr təşkil edilməli, problemlər müəyyənləşdirilməklə yanaşı, onların həlli üçün təşəbbüslər irəli sürülməlidir", - o əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti