DTX rəisi: İnanırıq ki, Ermənistanla məqsədyönlü təmaslarımız uğurla davam edəcək

Xarici siyasət
  • 09 oktyabr, 2025
  • 10:18
DTX rəisi: İnanırıq ki, Ermənistanla məqsədyönlü təmaslarımız uğurla davam edəcək

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Ermənistanın aidiyyəti Dövlət Komissiyası ilə məqsədyönlü təmasların uğurla davam edəcəyinə inandığını bildirib.

"Report" xəbər verir ki, Ə.Nağıyev bu barədə Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, 2025-ci ilin avqust ayında Vaşinqtonda imzalanmış üçtərəfli Bəyanat, eyni zamanda, fevral ayında Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət komissiyaları arasında keçirilmiş ilk görüş və sonrakı təmaslar, eləcə də müəyyən informasiya mübadilələrinin aparılması bu sahədə yeni ümidlər yaradır.

"İnanırıq ki, Ermənistanın aidiyyəti Dövlət Komissiyası ilə məqsədyönlü təmaslarımız uğurla davam edəcək və hər iki tərəfə aid itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsinə müsbət töhfə verəcək", - deyə Əli Nağıyev qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti