Diplomatik missiya: Gürcüstanın Azərbaycandakı səfiri öz işinə davam edir

Xarici siyasət
  • 06 noyabr, 2014
  • 06:39
Diplomatik missiya: Gürcüstanın Azərbaycandakı səfiri öz işinə davam edir

Bakı. 6 noyabr. REPORT.AZ/ Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze istefaya getməyib və öz işinə davam edir. Bu barədə "Report"a Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. 

"Gürcüstan səfirlərinin bir sıra ölkələrdən getmələri haqqında məlumat həqiqətə uyğun deyil" - deyə, səfirlikdən bildiriblər.

Səfirlikdən həmçinin, Gürcüstanın XİN rəhbəri Maya Pancikidze ilə birgə onun müavinlərinin də istefaya getməsi xəbərini təkzib ediblər: "Bu məlumat dəqiq deyil, onun müavinlərindən biri öz işinə davam edir" - deyə, səfirlikdə qeyd ediblər.

Qeyd edək ki, noyabr ayının 5-də bir sıra Gürcüstan KİV-ində bu dövlətin bəzi ölkələrdəki səfirlərinin istefası haqqında məlumat yayılıb.