ABŞ İrana qarşı yeddinci gecə hücumları dalğasını başa çatırıb - YENİLƏNİB
- 18 iyul, 2026
- 06:05
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeddinci gecə hücumları dalğasının başa çatdığını bəyan edib.
"Report" xəbər verir ki, bu barədə CENTCOM-un yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, ABŞ qüvvələri qırıcı təyyarələrdən, pilotsuz uçuş aparatlarından, hərbi gəmilərdən və digər vasitələrdən istifadə edərək müşahidə obyektlərinə, hərbi logistika infrastrukturuna, yeraltı silah anbarlarına və dəniz hədəflərinə zərbələr endirib.
Bəyanatda, həmçinin CENTCOM-un İran limanlarının dəniz blokadasını davam etdirdiyi vurğulanıb.
ABŞ hərbçiləri İrana qarşı növbəti zərbə dalğasına başlayıb, hücumlar artıq yeddinci gecədir davam edir.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"CENTCOM bu gün ABŞ-ın şərq sahili vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 23:00-da) İrana qarşı yeni zərbə mərhələsinə başlayıb. Hücumlar artıq yeddinci gecə ardıcıl davam edir. Zərbələrin məqsədi İranın hərbi potensialını daha da zəiflətməkdir", - deyə məlumatda qeyd olunub.
Komandanlıq əlavə edib ki, ABŞ-ın İranın dəniz blokadasını iyulun 14-də bərpa etməsindən sonra istiqamətini dəyişdirdiyi gəmilərin sayı dördə çatıb:
"Blokadanın bərpasından sonrakı ilk üç gün ərzində ABŞ hərbçiləri dörd kommersiya gəmisinin istiqamətini dəyişdirib, bir gəmini sıradan çıxarıb və blokadanın tələblərinə əməl olunmasını təmin etmək üçün bir gəminin göyərtəsinə çıxıb", - deyə məlumatda qeyd olunub.