Yamal ümumi qrupla məşqlərə qayıdıb

Futbol
  • 18 iyul, 2026
  • 00:13
Yamal ümumi qrupla məşqlərə qayıdıb

İspaniya futbol millisinin hücumçusu Lamin Yamal 2026-cı il dünya çempionatının finalına iki gün qalmış ümumi qrupla məşqlərə qayıdıb.

"Report" xəbər verir ki, bu barədə "COPE" radiostansiyası məlumat yayıb.

Həmçinin müdafiəçi Pedro Porro da tam məşqlərə başlayıb. Ötən gün hər iki futbolçu fərdi proqram üzrə çalışıb.

"AS" qəzetinin məlumatına görə, Yamalın sol bud nahiyəsində narahatlıq olub.

Dünya çempionatının final oyunu 19 iyulda keçiriləcək. Finalda İspaniya və Argentina milli komandaları qarşılaşacaq. Yamal turnirdə keçirdiyi 7 oyunda 1 qol vurub.

Yamalın 19 yaşı var, o, "Barselona" klubunun yetirməsidir. Hücumçu əsas komandanın heyətində 2023-cü ilin aprelindən çıxış edir. Komanda ilə birlikdə o, İspaniya çempionatının üçqat qalibi (2023, 2025, 2026), İspaniya Superkubokunun ikiqat qalibi (2025, 2026) olub, həmçinin bir dəfə ölkə kubokunu qazanıb (2025).

Yamal İspaniya milli komandasının heyətində 32 oyunda 7 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib. Milli komandanın tərkibində o, 2024-cü il Avropa çempionluğunu qazanıb.