Ceyhun Bayramov İtaliya parlamentinin Palata sədri ilə strateji tərəfdaşlığı müzakirə edib - YENİLƏNİB

Xarici siyasət
  • 26 noyabr, 2025
  • 20:46
Ceyhun Bayramov İtaliya parlamentinin Palata sədri ilə strateji tərəfdaşlığı müzakirə edib - YENİLƏNİB

Azərbaycanın xarici işlə naziri Ceyhun Bayramov İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində İtaliya Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan və İtaliya arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Tərəflər Azərbaycan və İtaliya arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin inkişafında yüksək səviyyəli təmaslar, səfərlər və dialoqla yanaşı, parlament diplomatiyasının əhəmiyyətli rolunu qeyd ediblər.

Strateji tərəfdaşlığın əsas dayaqlarından biri kimi parlament diplomatiyasının, parlament sədrlərinin və nümayəndələrinin qarşılıqlı səfərlərinin vacibliyi qeyd olunub.

Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, kommunikasiya və humanitar sahələrdə uğurla davam etdirilən əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib. Enerji sahəsində uzunmüddətli əməkdaşlıq, xüsusilə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol xüsusi qeyd olunub. Bununla yanaşı, ikitərəfli münasibətlərdə böyük əhəmiyyətə malik Azərbaycan-İtaliya Universitetinin təsis edilməsinin strateji tərəfdaşlığa əlavə təkan verdiyi vurğulanıb.

Görüşdə Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, tarixi Vaşinqton görüşünün nəticələri, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İtaliyaya rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin Parlamentinin Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşərək strateji tərəfdaşlıq barədə müzakirə aparıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat yayılıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlıq, siyasi dialoqun dinamik inkişafı müzakirə edilib və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Hər iki tərəf ümumi maraqların və regional sabitliyin təmin olunması üçün enerji, ticarət, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

C.Bayramov qarşı tərəfi post-münaqişə dövründə bölgədəki mövcud vəziyyət barədə məlumatlandırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti