Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə NATO nümayəndələri ilə görüşüb

Xarici siyasət
  • 28 noyabr, 2025
  • 16:18
Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə NATO nümayəndələri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının üzv ölkələrinin səfirləri ilə görüşüb.

Bu barədə "Report" Azərbaycanın NATO-dakı nümayəndəliyinə istinadən xəbər verir.

Görüşdə Türkiyə, Slovakiya, Almaniya, Kanada, Danimarka, Bolqarıstan, Latviya, Lüksemburq, Böyük Britaniya, Rumıniya, Litva, Belçika, Polşa, Fransa, Estoniya, İtaliya, İsveç və Finlandiya nümayəndələri, həmçinin NATO-nun siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə Baş katibinin müavini Boris Ruqe iştirak ediblər.

Görüşdə NATO Şurasının səfirlərinin Bakıya bu yaxınlardakı səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə aparılan danışıqlar vurğulanıb.

"Tərəflər Azərbaycan-NATO uğurlu tərəfdaşlığı, gələcək əməkdaşlıq perspektivləri, Azərbaycanın Alyansın fəaliyyətinə, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfəsi, həmçinin regional təhlükəsizlik məsələləri və Azərbaycanla Ermənistan arasında sülh gündəliyi də daxil olmaqla geniş məsələləri müzakirə ediblər", - məlumatda vurğulanır.

Son xəbərlər

Bütün Xəbər Lenti