Azərbaycan–Çin əməkdaşlığı çərçivəsində Naxçıvan məktəbləri rəqəmsallaşdırılır
- 28 noyabr, 2025
- 16:53
Azərbaycan–Çin əməkdaşlığı çərçivəsində Naxçıvan məktəbləri rəqəmsallaşdırılır.
"Report"un yerli bürosu xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Naxçıvanda jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycan–Çin təhsil əməkdaşlığı çərçivəsində həyata keçirilən "İnteraktiv Təhsil Yardımı" layihəsi Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturunun gücləndirilməsini hədəfləyir:
"Layihə maddi dəstəkdən daha çox konkret infrastruktur və avadanlıqların təmin olunması xarakteri daşıyır. Bu çərçivədə 216 məktəbin rəqəmsallaşdırılması, həmin təhsil müəssisələrinin fiber-optik internetə qoşulması həyata keçirilir.
Bununla yanaşı, şagirdlərə 2300 planşetin verilməsi, məktəblərdə idarəetmə və rəqəmsal mühitin qurulması üçün server və data mərkəzinin yaradılması, həmçinin 24 məktəbin kameralaşdırılması nəzərdə tutulur".
Nazir əlavə edib ki, hazırda muxtar respublikada məktəblərin optimalaşdırılması nəzərdə tutulmur və yaxın üç il üçün belə bir plan yoxdur.