Antonio Koşta: Prezident İlham Əliyevlə konstruktiv müzakirə apardıq

Xarici siyasət
  • 02 oktyabr, 2025
  • 12:01
Antonio Koşta: Prezident İlham Əliyevlə konstruktiv müzakirə apardıq
Antonio Koşta

Avropa İttifaqı Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə konstruktiv müzakirələr apardıqlarını bildiriblər.

"Report" xəbər verir ki, onlar bu barədə ayrı-ayrılıqda "X" hesablarında paylaşım ediblər.

"Vaşinqtonda Donald Trampın dəstəyi ilə Ermənistanla əldə olunan tarixi irəliləyiş münasibətilə Azərbaycanı təbrik etdik. Bu, regionda davamlı sülhə doğru böyük bir addımdır. Biz Azərbaycanı mühüm tərəfdaş kimi qiymətləndiririk və əlaqələrimizi gücləndirməyə sadiqik. Nəqliyyat, enerji və rəqəmsal sahələrdə regional əlaqəliliyə yatırımlarımızı qlobal keçid strategiyası vasitəsilə davam etdirəcəyik".

Son xəbərlər

Bütün Xəbər Lenti