Azərbaycanın çay mədəniyyəti Brüsseldə təqdim edilib, növbəti məntəqə Parisdir

Turizm
  • 29 sentyabr, 2025
  • 17:07
Azərbaycanın çay mədəniyyəti Brüsseldə təqdim edilib, növbəti məntəqə Parisdir

Fireland Azərbaycanlılar Birliyi Brüsseldə təşkil olunan II Beynəlxalq Çay Festivalında ölkənin milli çay mədəniyyətini təqdim edərək, avropalıları ənənəvi çay növləri və şirniyyatlarla tanış edib.

Bu barədə "Report"un Avropa bürosu ölkənin Belçika və Lüksemburqdakı səfirliyinə istinadən məlumat verir.

Azərbaycan stendində müxtəlif dadlı çay növləri – kəklikotu, qızılgül, hil, mixək və digər çay çeşidləri ziyarətçilərə təqdim olunub. Qonaqlar həm bu çayların dadına baxmaq, həm də Azərbaycan çay mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar.

Stenddə bütövlükdə Azərbaycan çay süfrəsi mədəniyyəti nümayiş etdirilib. Şəkərbura, paxlava, müxtəlif növ mürəbbələr, noğul və evdə bişirilmiş qəndlər festival iştirakçılarına təqdim olunub, onların hazırlanma ənənələri barədə məlumat verilib.

Azərbaycan stendi ziyarətçilərin böyük marağına səbəb olub və təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib. Nəticə olaraq, Fireland Azərbaycanlılar Birliyi Parisdə keçiriləcək növbəti tədbirə dəvət alıb.

Festival Azərbaycanın Belçikadakı səfirliyi və icmasının dəstəyi ilə həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti