Hesabat: Dünyanın ən böyük 100 silah istehsalçısının gəlirləri 2024-cü ildə 5,9% artıb

Digər ölkələr
  • 01 dekabr, 2025
  • 03:51
Hesabat: Dünyanın ən böyük 100 silah istehsalçısının gəlirləri 2024-cü ildə 5,9% artıb

100 ən böyük silah istehsalçısı şirkətin gəlirləri ötən il rekord həddə - 679 milyard ABŞ dollarına çatıb ki, bu da real hesablamada 2023-cü illə müqayisədə 5,9% artım deməkdir.

"Report"un məlumatına görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SBSAİ) silah ticarəti ilə bağlı növbəti hesabatında bildirib.

Sənəddə vurğulanıb ki, dövlətlərin arsenalını genişləndirmək və sürətlə modernləşdirmək istəkləri fonunda 100 ən böyük silah istehsalçısının ümumi gəlirləri kəskin artıb.

Qlobal silah satışından əldə olunan gəlirlər 2024-cü ildə Ukrayna və Qəzza sektorundakı müharibələr, dünya və regional geosiyasi gərginlik, eləcə də hərbi xərclərin davamlı artımı səbəbindən sürətlə yüksəlib. 2018-ci ildən bəri ilk dəfə olaraq dünyanın beş ən böyük silah şirkəti istehsal etdikləri məhsulun satışından gəlirlərini artırıb.

Əsas pay Avropa və Amerika şirkətlərinə düşsə də, top-100 reytinqində təmsil olunan bütün bölgələrdə illik artım qeydə alınıb. Yeganə istisna Asiya və Okeaniya olub – SBSAİ-nin fikrincə, Çinin müdafiə sənayesindəki problemlər ümumi regional göstəricinin azalmasına səbəb olub.

Gəlirlərin və yeni sifarişlərin artması bir çox silah istehsalçılarını istehsal xətlərini genişləndirməyə, gücləri artırmağa, yeni törəmə şirkətlər açmağa və ya birləşmələr həyata keçirməyə sövq edib.

Son xəbərlər

Bütün Xəbər Lenti