KİV: Ağ Ev dünya çempionatı və Olimpiya oyunlarını dronlardan qorumaq istəyir

Digər ölkələr
  • 01 dekabr, 2025
  • 03:26
KİV: Ağ Ev dünya çempionatı və Olimpiya oyunlarını dronlardan qorumaq istəyir

Ağ Ev qanunvericilərdən ABŞ-də 2026-cı il futbol üzrə dünya çempionatı və 2028-ci il Olimpiya Oyunları ərəfəsində daxili hava məkanında pilotsuz uçuş aparatlarının məhv edilməsi üçün administrasiyaya daha geniş səlahiyyətlərin verilməsini tələb edir.

"Report" xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bu layihə Kapitolidə, o cümlədən senator Ted Kruzun rəhbərlik etdiyi ticarət komitəsi tərəfindən müqavimətlə qarşılanır. Onlar təklifin federal qanunvericiliyin sui-istifadəsinə yol aça biləcəyindən ehtiyat edirlər.

Ağ Evin layihəsinə əsasən, Daxili Təhlükəsizlik Nazirliyi və Ədliyyə Nazirliyi də daxil olmaqla, federal agentliklərə "genişmiqyaslı ictimai tədbirlərdə, həyati əhəmiyyətli infrastrukturda və ya islah müəssisələrində" dronlarla mübarizə aparmaq üçün yeni səlahiyyətlər veriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti