WSJ: Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsi həll olunmamış qalıb

Digər ölkələr
  • 01 dekabr, 2025
  • 04:24
WSJ: Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsi həll olunmamış qalıb

Qərbin Kiyevə təhlükəsizlik zəmanətləri məsələsi ABŞ və Ukrayna arasında Floridada keçirilən danışıqlardan sonra həll olunmamış qalıb.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 30 noyabrda keçirilən danışıqlarda tərəflər bir sıra mövzulara, o cümlədən Ukraynada seçkilərin keçirilməsi perspektivlərinə və ərazi məsələsinə toxunublar. Kiyevə təhlükəsizlik zəmanətləri də müzakirə olunub, lakin bu məsələ açıq qalıb.

Floridada aparılan məsləhətləşmələrdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşner iştirak ediblər. Ukrayna nümayəndə heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa daxil olub.

Görüşün yekununda Rubio bildirib ki, danışıqlar konstruktiv keçib, lakin hələ görüləsi çox iş var. O əlavə edib ki, ABŞ sülh yolu ilə nizamlanma məsələsində nikbin mövqedədir, lakin ümumilikdə realist yanaşmanı qoruyur.

Son xəbərlər

Bütün Xəbər Lenti