Ombudsman iki azərbaycanlı yeniyetmənin nişanlanması ilə bağlı gürcü həmkarına müraciət edib
Sosial müdafiə
- 08 fevral, 2021
- 14:03
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir sıra internet səhifələrində Gürcüstanın Poniçala (Soğanlı) kəndində iki azyaşlının nişan mərasimi ilə bağlı yayılan məlumatlar əsasında Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya rəsmi müraciət edib.
Ombudsman Aparatından "Report"a verilən məlumata görə, həmin müraciətdə Ombudsman məsələnin ciddiliyini və həssaslığını nəzərə alaraq, Gürcüstanın səlahiyyətli dövlət orqanları tərəfindən faktın dərhal araşdırılması, həmin azyaşlıların hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini xahiş edib.
Son xəbərlər
03:26
ABŞ-ın İrana endirdiyi zərbələr nəticəsində üç nəfər həlak olub - YENİLƏNİB
Region03:10
Tramp Messi, Ronaldo və Keynin oyununu yüksək qiymətləndirib
Maraqlı02:30
Venesuelada zəlzələdən ölənlərin sayı 5 mini ötüb
Digər ölkələr02:10
Hörmüz boğazı ərazisində iki neft tankeri minalara düşərək partlayıb
Region01:36
İraq və Suriya Hədisa-Baniyas neft kəmərinin bərpası ilə bağlı saziş imzalayıb
Energetika01:03
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
Region00:32
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb
Region00:13
Yamal ümumi qrupla məşqlərə qayıdıb
Futbol23:50