Naftalan neftinin keyfiyyətli və təhlükəsiz olması barədə təsdiqedici sənədlər veriləcək
- 22 dekabr, 2025
- 12:07
Naftalan neftinin keyfiyyətli və təhlükəsiz olması barədə təsdiqedici sənədlər veriləcək.
"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi 2026-2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramında əksini tapıb.
Proqrama əsasən, Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi istifadəsinə dair sənədlərin hazırlanması nəzərdə tutulub.
Həmçinin bu sahədə tibb işçilərinin biliklərinin təkmilləşdirilməsi, Naftalan neftinə və ondan hazırlanan preparatlara dair əqli mülkiyyət hüquqlarının qorunması planlaşdırılır.
Tədbirlər Proqramında Naftalan neftinin və ondan hazırlanan preparatların elmi tədqiqatlarının və klinik sınaqlarının aparılması qeyd edilib.