Səhiyyə Nazirliyində azad edilmiş ərazilərin tibbi xidmətinin təşkili ilə bağlı müzakirələr aparılıb

Sağlamlıq
  • 07 oktyabr, 2025
  • 17:41
Səhiyyə Nazirliyində azad edilmiş ərazilərin tibbi xidmətinin təşkili ilə bağlı müzakirələr aparılıb

Səhiyyə Nazirliyində "İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili" ilə bağlı İşçi qrupunun növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Səhiyyə naziri Teymur Musayevin sədrliyi və aidiyyəti üzrə dövlət qurumlarının iştirakı ilə keçirilən iclasda "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində təşkil olunmuş tibbi xidmət və mövcud vəziyyət müzakirə olunub.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yaşayan əhali üçün tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin təmin edilməsi, səhiyyə infrastrukturunun qurulması, müasir avadanlıqlarla təchizat və kadr hazırlığı ilə bağlı yanaşmalar müzakirə edilərək vahid strategiyanın hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.

Həmçinin, "Böyük Qayıdışa dair II Dövlət Proqramı" çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaya uyğun olaraq əhaliyə göstəriləcək əhatəli, əlçatan və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün tibbi xidmətin planlaşdırılması, strateji hədəflər və fəaliyyət istiqamətində müzakirələr aparılıb, növbəti addımlar müəyyənləşib və müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Bütün Xəbər Lenti