Beş sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
- 09 mart, 2021
- 10:35

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 5 mart 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 27 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
AQTA-dan "Report"a verilən məlumata görə, həmin tarixdə 5 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
№ | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
1 | Bayramov Ayaz Şamil oğlu | Pərakəndə satış | Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
2 | İsmayılov Səyyad Sadıq oğlu | Pərakəndə satış | Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
3 | Hüseynov Samir Zakir oğlu | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
4 | Kamalova Kəmalə Bəyməmməd qızı | İlkin istehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
5 | Şıxıyev Samir Rasim oğlu | İctimai iaşə | Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.