ATU-nun rektoru: Dövlət sektorunda çalışan psixiatrların sayı azalıb

Sağlamlıq
  • 09 oktyabr, 2025
  • 14:49
ATU-nun rektoru: Dövlət sektorunda çalışan psixiatrların sayı azalıb
Gəray Gəraybəyli

Dövlət sektorunda çalışan psixiatrların sayı aşağı düşüb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli "Psixi sağlamlıq və insan hüquqları" sahəsində İşçi Qrupunun ilk iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ilk növbədə, xəstələrə yüksək səviyyədə xidmət göstərilməlidir:

"Bu xidmətin əsas təminatçıları isə həmin sahədə çalışan mütəxəssislərdir. Təxminən 7-8 il, bəlkə də 10 il əvvəl dövlət sektorunda çalışan psixiatrların sayı 800-dən çox idi. Lakin ötən illər ərzində əhalinin və xəstəliklərin artmasına baxmayaraq, bu rəqəm hazırda 200-dən aşağı düşüb".

G.Gəraybəli bildirib ki, psixiatriya sahəsinə həkimlər, tibb bacıları və digər ixtisaslı kadrlar gəlməsə, sabah pasiyentlərə xidmət göstərəcək, onlara qulluq edəcək mütəxəssislər tapılmayacaq:

"Bu, son dərəcə ciddi məsələdir və cəmiyyət olaraq bu problemi yetərincə ciddi qəbul etməliyik. Unutmaq olmaz ki, hər bir psixi problem ətrafında aqressiya, autoaqressiya, narkomaniya və digər sosial problemlər formalaşır. Təəssüf ki, vaxtilə bu sahədə atılmış bəzi qərarlar və ya siyasi addımlar populist xarakter daşıyıb və problemin dərinləşməsinə səbəb olub".

Son xəbərlər

Bütün Xəbər Lenti