AQTA: Azərbaycan quş və heyvan mənşəli xəstəliklərdən azad ölkə statusu alıb

Sağlamlıq
  • 23 sentyabr, 2025
  • 10:58
AQTA: Azərbaycan quş və heyvan mənşəli xəstəliklərdən azad ölkə statusu alıb
Zəkiyyə Mustafayeva

Azərbaycan yüksək patogen quş qripindən, Afrika donuz taunu, PPR xəstəliyi kimi xəstəliklərdən azad ölkə statusu alıb.

"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini Zəkiyyə Mustafayeva sentyabrın 23-də Bakıda keçiriIən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan qida təhlükəsizliyi sisteminin beynəlxalq standartlara uyğun tətbiq etməyə çalışır:

"Xəstəliklərdən azad statusların əldə olunması bu sahədə həyata keçirilmiş kompleks tədbirlərin göstəricisidir. Eyni zamanda bu, yerli heyvanların və heyvan mənşəli məhsulların ixracı üçün yeni imkanlar yaradıb".

Son xəbərlər

Bütün Xəbər Lenti