"Uzbekistan Airways" "Boeing"dən 22 təyyarə alır
- 23 sentyabr, 2025
- 12:56

"Uzbekistan Airways" aviaşikəti "Boeing" korporasiyası ilə 14 ədəd "Boeing 787-9 Dreamliner" təyyarəsinin və bu tipli əlavə 8 hava gəmisinin seçim əsasında tədarükü haqqında müqavilə imzalayıb.
Bu barədə "Report" aviadaşıyıcının mətbuat xidmətinə istinadən xəbər verir.
"Sövdələşmə aviaşirkətin donanmasının uzunmüddətli modernləşdirilmə proqramının bir hissəsidir. Tədarük 2031-ci ildən etibarən həyata keçiriləcək", - məlumatda deyilir.
Şirkətdən qeyd olunub ki, genişfüzelyajlı təyyarə parkının genişləndirilməsi əsas istiqamətlərdə sərnişin tutumunu artırmağa, Mərkəzi Asiyanı Şimali Amerika, Avropa, Yaxın Şərq və Asiya-Sakit okean regionu ilə birləşdirən marşrut şəbəkəsini çevik inkişaf etdirməyə imkan verəcək.
Sövdələşmənin dəyəri 8 milyard dollardan çoxdur.