BMT: İrəvanda Cənubi Qafqazda ən pis hava keyfiyyəti müşahidə edilir
- 23 sentyabr, 2025
- 12:51

İrəvanda Cənubi Qafqaz regionunun ən pis hava keyfiyyəti müşahidə edilir.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu "Bankçılıq sferasının gələcəyi: innovasiyalar və inkişaf perspektivləri" forumu zamanı BMT-nin Ermənistandakı daimi koordinatoru Fransuaza Yakob bəyan edib.
Onun sözlərinə görə, bu, ölkənin cəlbediciliyinə təsir göstərir.
O, həmçinin ölkədə torpaqların aktiv şəkildə səhralaşması probleminə, eləcə də kənd təsərrüfatı, tikinti fəaliyyəti nəticəsində çayların çirklənməsi məsələsinə diqqət yetirib.
F.Yakobun qiymətləndirməsinə görə, Ermənistanda ekoloji sahəyə ÜDM-in cəmi 0,6 %-i xərclənir.
O vurğulayıb ki, 2026-cı ildə keçiriləcək COP17 ərəfəsində Ermənistan biomüxtəlifliyin qorunması üzrə öhdəliklərin yerinə yetirilməsinə yönəldiyini göstərməli, "yaşıl iqtisadiyyat"ın inkişafı üçün müvafiq mühit formalaşdırmalıdır.