Türkiyə və ABŞ nadir torpaq metallarının birgə işlənməsini müzakirə edirlər
- 06 oktyabr, 2025
- 16:37

Ankara və Vaşinqton Mərkəzi Anadoluda Beylikova bölgəsində son zamanlarda kəşf edilmiş nadir torpaq metallarının böyük yatağının işlənməsi üzrə tərəfdaşlıq imkanlarını araşdırırlar.
"Report"un məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verir.
Ankara nadir torpaq metallarının oksidlərinin 1%-dən çoxunu ehtiva edən filiz üçün təmizləmə zavodu inşa etməyi planlaşdırır. Türkiyə hakimiyyəti bu layihə üzrə ABŞ, Kanada və İsveçrə ilə potensial əməkdaşlıq barədə danışıqlar aparır.
Mənbələrə görə, ABŞ ilə danışıqlar türk hakimiyyətinin Çin və Rusiya ilə razılıq əldə edə bilməməsi səbəbindən intensivləşib. Türkiyə və Çin bu layihə ilə bağlı 2024-cü ilin oktyabrında anlaşma memorandumu imzalasalar da, danışıqlar Pekinin xammalın Çində daşınması və emalda israrlı olması və texnologiyaların ötürülməsindən imtina etməsindən sonra dalana dirənib.