Rusiyada polisin qətlə yetirdiyi azərbaycanlı gənc Gürcüstanda dəfn edilib
Region
- 05 iyun, 2021
- 08:31

Mayın 28-də Rusiyanın Novosibirsk vilayətində yol polisi əməkdaşının ölümcül yaraladığı 19 yaşlı Vəkil Abdullayev Gürcüstanın Dmanisi rayonunun Gəyliyən kəndində dəfn edilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu gün mərhumun üç mərasimi keçirilir.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Abdullayevlər ailəsinə baş çəkib, gəncin doğmalarına və yaxınlarına başsağlığı verib, onlara səbr diləyib.
Mərasimdə kənd sakinləri və Dmanisi merinin müavini Arif Süleymanov iştirak edir.
Qeyd edək ki, V.Abdullayevin qətlində ittiham olunan yol polisi müfəttişi Aleksandr Qusev həbs edilsə də, ötən gün azadlığa buraxılıb.

Rusiyada polisin qətlə yetirdiyi azərbaycanlı gənc Gürcüstanda dəfn edilib

Son xəbərlər
18:19
Cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi başa çatıb
Fərdi18:14
"Azər-Türk Bank" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə18:10
AFFA Region Liqasında 2025/2026 mövsümünün püşkü atılıb
Futbol18:09
Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb
Elm və təhsil18:01
EBRD Azərbaycanda irimiqyaslı nəqliyyat layihələrini maliyyələşdirməyə hazırdır
İnfrastruktur18:00
Araz Məmmədzadə: "Energetika üzrə gənc kadrların terminologiyaya yiyələnməsi vacibdir"
Energetika17:56
Norveç gələn il Ukraynaya 7 milyard avrodan çox vəsait ayıracaq
Digər ölkələr17:52
Naxçıvanın xarici ticarət dövriyyəsi 5 %-ə yaxın azalıb
Biznes17:50