Cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi başa çatıb
- 15 oktyabr, 2025
- 18:19

Cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi başa çatıb.
"Report" xəbər verir ki, yarışın son günündə daha 5 çəki dərəcəsində medalçıların adına aydınlıq gəlib.
Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirdə ümumilikdə paytaxtın 61 klub və idman cəmiyyətindən 587 idmançı (485 oğlan, 102 qız) qüvvəsini sınayıb.
Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir. U-17 Bakı birinciliyi həmçinin milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırıb.
Sonuncu yarış gününün mükafatçıları:
Oğlanlar
60 kq
1. Mikayıl Qocayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Mətin Abadzadə (Şuşa UGİM)
3. Fərid Nağıyev (Neftçi İK)
3. Mehman Əsgərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
81 kq
1. İsgəndər Abbasov (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. Polad Həsənli (Atilla İK)
3. Hüseyn Səfərov (ACF Bakı CTM)
3. Məhəmmədəli Mehdi (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
+90 kq
1. Sabir Bərxudarlı (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. İdris Xanbalayev (Ordu İdman Klubu)
3. Tahir Əfəndiyev (Judo Club 2012)
3. Sahib Rəsulzadə (Şuşa UGİM)
Qızlar
48 kq
1. Zəhra Mövləmverdiyeva (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
2. Zeynəb Seyidzadə (RKİM)
3. Səkinə Zeynalova (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Ülkər Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
63 kq
1. Zilan Hüseynli (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
2. Pəri Məmmədli (Judo Club 2012)
3. Leyla Məcidova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Aydan Bağırlı (Judo Club 2020 İK)
Yekunda medalların əyarına görə ümumi komanda hesabında Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ (4-2-1) birinci, Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ (3-1-2) ikinci, Respublika Kompleks İdman Məktəbi (2-1-4) isə üçüncü yeri tutub. Bu komandalara müvafiq kuboklar təqdim olunub.