Rusiyada ağır yol qəzasında biri uşaq olmaqla altı nəfər ölüb

Region
  • 01 noyabr, 2025
  • 02:21
Rusiyada ağır yol qəzasında biri uşaq olmaqla altı nəfər ölüb

Rusiyanın Oryol vilayətinin Sverdlovsk rayonunda mikroavtobus, yük maşını və minik avtomobillərinin zəncirvari qəzaya uğraması nəticəsində biri uşaq olmaqla altı nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin regional mətbuat xidmətindən TASS-a bildiriblər.

İlkin məlumatlara görə, qəza Moskva vaxtı ilə təxminən saat 20:25-də Oryol-Tambov yolunun 31-ci kilometrliyində baş verib. Mikroavtobus çınqıl daşıyan yük maşını ilə toqquşub, sonra yük maşını ilə minik avtomobili toqquşub. Qəzada biri uşaq olmaqla altı nəfərin öldüyü əvvəlcədən müəyyən edilib.

Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları hadisə yerində işləyir və hadisənin başvermə şəraitini araşdırır.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti altı ölüm hadisəsindən əlavə, qəzada iki nəfərin xəsarət aldığını bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti