Tramp şatdaun dövründə ərzaq talonlarının maliyyələşdirilməsini təmin etmək niyyətindədir

Digər ölkələr
  • 01 noyabr, 2025
  • 04:49
Tramp şatdaun dövründə ərzaq talonlarının maliyyələşdirilməsini təmin etmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp amerikalıların "ac qalmalarını" istəmədiyini və buna görə də davam edən şatdaun səbəbindən 1 noyabrda başa çatması planlaşdırılan SNAP (Ərzaq Yardımı Proqramı) üçün maliyyələşdirməni davam etdirməyə hazır olduğunu bildirib.

"Report"un məlumatına görə, o, bu barədə "Truth Social"dakı hesabında yazıb.

Ağ Ev rəhbəri hökumət hüquqşünaslarının maliyyələşdirmə müddəti bitdikdən sonra müavinət ödəmək üçün qanuni səlahiyyətləri şübhə altına aldığını bildirib. Lakin Prezident onlara "SNAP-ı qanuni olaraq necə maliyyələşdirə biləcəklərini mümkün qədər tez aydınlaşdırmağı" tapşırıb.

"Reuters" xəbər verir ki, maliyyələşdirmə dayandırılsa, təxminən 42 milyon insan ac qala bilər.

"Əgər məhkəmə bizə hüquqi istiqamət versə, maliyyələşdirməni təmin etməkdən şərəf duyardım", - ABŞ Prezidenti əlavə edib.

Xatırladaq ki, 1 oktyabrda ABŞ-də Şərq vaxtı ilə saat 00:00-dan (Bakı vaxtı ilə saat 08:00) başlayaraq Amerikanın dövlət qurumları fəaliyyətini dayandırıb, çünki Konqres onların fəaliyyətləri üçün maliyyələşdirməni uzatmaq üçün qanun layihəsi üzərində razılığa gələ bilmədi.

Son xəbərlər

Bütün Xəbər Lenti