Trinidad və Tobaqo Ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib
- 01 noyabr, 2025
- 02:53
Venesuela ilə həmsərhəd olan Trinidad və Tobaqonun müdafiə qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
"Report"un məlumatına görə, bu barədə "Trinidad Express" xəbər yayıb.
Məlumata görə, Venesuelada ABŞ-nin mümkün hərbi əməliyyatı barədə məlumatlar fonunda hər hansı potensial təhlükəyə hazır olmaq üçün ordu ən yüksək səviyyəyə, yüksək hazırlıq vəziyyətinə gətirilib. Bütün hərbi qulluqçulara yaxın bir neçə saat ərzində dörd əsas hərbi bazaya getmək əmri verilib.
Məzuniyyətdə, təqaüdə çıxma öncəsi məzuniyyətdə və ya xəstəlik məzuniyyətində olan işçilərə rəsmi yaşayış yerlərində gözləmə rejimində qalmaq tapşırılıb. İllik məzuniyyətdə olanlardan da əlavə təlimatlar üçün qalmaları tələb olunur.
Bu fonda ABŞ-nin Silahlı Qüvvələrinin Cənub komandanlığı "X" sosial şəbəkəsində Karib hövzəsində əməliyyata hazırlaşdığını elan edib. Prioritet vəzifələrin narkotik qaçaqmalçılığının qarşısını almaq və Vətəni qorumaq olduğu bildirilir.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlarən tezliklə Venesuelada narkotik kartellərinə qarşı yerüstü əməliyyatlara başlayacağını bildirib.
Lethal and ready: A look at U.S. military forces deployed to the Caribbean in support of the #SOUTHCOM mission, @DeptofWar-directed operations, and @POTUS' priorities to disrupt illicit drug trafficking and protect the homeland. @NAVSOUS4THFLT @MARFORSOUTH @SecWar @USNavy @USMC pic.twitter.com/Hmzs0k31OD
— U.S. Southern Command (@Southcom) October 31, 2025