Qazaxıstanın yeni XİN başçısı Rusiyaya səfər edəcək
- 15 oktyabr, 2025
- 14:05

Qazaxıstanın yeni xaici işlər naziri Yermek Koşerbayev gələn həftə Rusiyaya səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Səfər zamanı Koşerbayev oktyabrın 22-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.
"Tərəflər siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyaya gözlənilən dövlət səfərinə hazırlığı müzakirə edəcəklər", - deyə Zaxarova qeyd edib.
Onun sözlərinə görə, nazirlər regional və qlobal gündəliyə dair məsələlərlə bağlı mövqeləri dəqiqləşdirəcəklər.
Qeyd edək ki, Y.Koşerbayev 2025-ci ilin sentyabr ayının sonunda Qazaxıstanın xarici işlər naziri təyin edilib.