Qazaxıstanda 25 ildən artıq müddətdə istismar olunan yük təyyarələrinə qoyulan məhdudiyyətlər qaldırıla bilər

Region
  • 03 dekabr, 2025
  • 16:10
Qazaxıstanda 25 ildən artıq müddətdə istismar olunan yük təyyarələrinə qoyulan məhdudiyyətlər qaldırıla bilər
Kasım-Jomart Tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev istismar müddəti 25 ildən yuxarı olan yük təyyarələrinin istifadəsinə qoyulan məhdudiyyətlərin qaldırılması təklifi ilə çıxış edib.

"Report", "Akorda"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti regional yük aviahablarının inkişafı və yerli aviasiya logistikasına dəstək müşavirəsində qeyd edib.

Prezident ölkədə yaxın vaxtlarda yaradılacaq ilk milli yük aviaşirkətinə, həmçinin yerli yükdaşıyıcıların və multimodal logistikanın inkişafının stimullaşdırılması üçün 3-5 illik tədbir paketi hazırlanmasına dəstəyin vacib olduğunu vurğulayıb.

"Hökumət istifadə müddəti 25 ildən yuxarı yük hava nəqliyyat vasitələrinin istismar məhdudiyyətinin aradan qaldırılması məsələsini diqqətlə nəzərdən keçirməlidir. ABŞ-da FedEx aviaşirkətinin təyyarələrinin orta istifadə müddəti 28, UPS – 30, Britaniyanın One Air – 33 il təşkil edir. Bu cür nümunələr kifayət qədərdir", - Prezident bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti