Ukrayna Milli Təhlükəsizlik Şurasının sədri Brüsseldə Aİ rəsmiləri ilə görüşəcək

Digər ölkələr
  • 03 dekabr, 2025
  • 16:51
Ukrayna Milli Təhlükəsizlik Şurasının sədri Brüsseldə Aİ rəsmiləri ilə görüşəcək

Bu gün Brüsseldə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun Avropa ölkələrindən olan həmkarları ilə görüşü keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, Brüsseldəki görüşdə Rüstəm Umerov ilə birgə Ukraynanın Baş Qərargahının rəisi Andrey Qnatov iştirak edəcək.

"Bu həmkarlarla birgə koordinasiyadır və danışıqlar prosesinin tam şəkildə fəallığını təmin edirik", - Ukrayna Prezidenti vurğulayıb.

V.Zelenskinin sözlərinə görə, Ukraynanın nümayəndə heyəti dekabrın 2-si Moskvada baş tutmuş ABŞ tərəfi ilə görüşün nəticələri barədə avropalı həmkarlarına məlumat verəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti