Ardahan valisi: Zəngəzur dəhlizi sərhəd bölgələri üçün böyük iqtisadi imkanlar açır

Region
  • 03 dekabr, 2025
  • 16:39
Ardahan valisi: Zəngəzur dəhlizi sərhəd bölgələri üçün böyük iqtisadi imkanlar açır

Zəngəzur dəhlizi Azərbaycanla Türkiyənin sərhəd bölgələri üçün böyük iqtisadi imkanlar açır.

Bunu "Report"un yerli bürosuna açıqlamasında Naxçıvanda səfərdə olan Türkiyənin Ardahan vilayətinin valisi Xeyrəddin Çiçək deyib.

O, Türkiyədə Azərbaycandan olan sahibkarlar üçün çox əlverişli şəraitin olduğunu vurğulayıb:

"Azərbaycan və Türkiyə prezidentlərinin möhkəmlənndirdikləri "Bir millət, iki dövlət" prinsipi iki ölkənin bütün nümayəndələri üçün məsuliyyət və şərəfdir.

Qarabağın azad edilməsindən sonra yaranmış yeni geosiyasi reallıqda istifadəyə verilməsi gözlənilən Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvan bölgəsi ilə yanaşı, Türkiyənin İğdır, Qars, Ardahan, Ağrı və Ərzurum vilayətlərinə də böyük iqtisadi imkanlar açır. Bu layihənin gerçəkləşdirilməsinin gələcək üçün çox faydalı olacağına inanırıq.

İğdırın biznes dairələri uzun illərdir Naxçıvanla sıx əlaqələrə malikdir. Ardahan, Qars, Ərzurum və Ağrıdan olan iş adamlarının da bu bölgələrdə mühüm investisiyalar həyata keçirəcəyini düşünürük. Eyni zamanda, Azərbaycandan olan sahibkarlar üçün də bölgəmizdə çox əlverişli şərait mövcuddur".

Son xəbərlər

Bütün Xəbər Lenti