Qazaxıstan Dəmir Yolları: Aktau limanına taxıl yüklərinin qəbulu müvəqqəti məhdudlaşdırılıb
- 09 oktyabr, 2025
- 19:51

Qazaxıstan Dəmir Yolları (QDY) Aktau limanına gedən taxıl ixracatının qəbulunu müvəqqəti məhdudlaşdırıb.
"Report"un Qazaxıstan bürosunun QDY-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu tədbir texniki səbəblərə görə həyata keçirilib.
"Sentyabrda limana ümumi tutumu təxminən 50 min ton olan 14 gəmi gəlib, nəticədə terminallarda və ona yaxınlaşmalarda 700-ə yaxın yüklənmiş vaqon qalıb", - məlumatda deyilir.
Məhdudiyyətlər vaqonların dayanması və infrastrukturun həddindən artıq yüklənməsinin qarşısını almaq üçün tətbiq edilib.
"Gəmilərin daxilolma qrafiki sabitləşdikdən sonra taxıl yüklərinin qəbulu tam həcmdə bərpa olunacaq", - şirkətdən qeyd edilib.
Bundan başqa, şərq istiqamətinin (Çin) bitişik ərazisində taxıl yüklərinin qəbulunda gecikmə var. "Bu, Çinin fitosanitar və karantin orqanlarının bayram dövründə taxıl yüklərinə baxış müddətinin 5 gündən 10 günə qədər uzadılması ilə bağlıdır", - şirkətdən vurğulanıb.