İsrailin Azərbaycana təxliyə etdiyi üç türkiyəli deputat ölkələrinə qayıdıb
Region
- 09 oktyabr, 2025
- 23:51
İsrail tərəfindən ələ keçirilən "Azadlıq donanması"na aid qayıqlarda olan türkiyəli üç deputat artıq ölkələrinə qayıdıblar.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli məlumat paylaşıb.
"Digər 18 vətəndaşımızın sabah günorta saatlarında Türk Hava Yolları tərəfindən təşkil olunacaq xüsusi reyslə ölkəyə gətirilməsi planlaşdırılır", - sözçü bildirib.
O qeyd edib ki, həmin reyslə üçüncü ölkə vətəndaşı olan təxminən 80 fəalın da təxliyə edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü olan həmin şəxslər öncə Azərbaycana təxliyə ediliblər.
Son xəbərlər
14:51
Bəqayi: Tehran və Vaşinqton arasında birbaşa dialoq yoxdur
Region14:32
Yaponiya Çinlə yaranmış gərginlik fonunda ABŞ-dən açıq dəstək istəyib
Digər ölkələr14:13
Benində hərbçilər prezident iqamətgahına hücum ediblər, ordu nəzarətin bərpasına çalışır – YENİLƏNİB
Digər ölkələr14:08
Azərbaycanın basketbol millisi beynəlxalq turnirdə ikinci oyunda da qələbə qazanıb
Komanda14:03
İranın xarici işlər naziri yaxın vaxtlarda Rusiya və Belarusa səfər edəcək
Region13:47
İran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Region13:40
Foto
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Futbol13:37
Bakıda Azərbaycan-Qırğız birgə hökumətlərarası komissiyasının iclası keçiriləcək
Biznes13:32