Tbilisi meri: Qərb ölkələrindən birinin səfiri Gürcüstana Rusiya ilə müharibəyə başlamağı təklif edib

Region
  • 10 oktyabr, 2025
  • 00:22
Tbilisi meri: Qərb ölkələrindən birinin səfiri Gürcüstana Rusiya ilə müharibəyə başlamağı təklif edib

2022-ci ildə Ukraynada döyüş əməliyyatları başlayandan sonra Qərb ölkələrindən birinin səfiri Gürcüstana Rusiya Federasiyası ilə müharibəyə başlamağı, "10 gün davam etməyi, sonra isə partizan mübarizəsinə keçməyi" təklif edib.

"Report"un məlumatına görə, bu barədə hakim "Gürcü arzusu" Partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze Gürcüstanın "İmedi" telekanalına müsahibəsində bildirib.

"Qərb ölkələrindən birinin səfiri ölkənin baş naziri ilə görüşür və deyir: "Siz başlayın, hərbi texnika ilə təmin olunacaqsınız. Əsas odur ki, 10 gün davam edəsiniz, sonra isə partizan müharibəsinə keçəsiniz", - o deyib.

Merin sözlərinə görə, o zaman baş nazir vəzifəsində İrakli Qaribaşvili çalışırdı. Kaladze hansı ölkənin səfirinin Gürcüstana müharibəyə girməyi təklif etdiyini dəqiqləşdirməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti