Putin: Rusiya - ABŞ iqtisadi əlaqələrinin bərpası qarşılıqlı fayda verəcək

Region
  • 04 dekabr, 2025
  • 22:13
Putin: Rusiya - ABŞ iqtisadi əlaqələrinin bərpası qarşılıqlı fayda verəcək

Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlığın bərpası hər iki ölkə üçün bir çox cəhətdən faydalı olacaq.

"Report"un məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin bunu "India Today" telekanalına müsahibəsində bildirib.

Rusiya lideri bildirib ki, ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin sona çatmasına kömək etmək üçün digər səbəblərlə yanaşı, iqtisadi səbəbləri də var.

"İqtisadi səbəblər də var. Yeri gəlmişkən, bura enerji və digər sahələr də daxil ola bilər. ABŞ ilə Rusiya arasında iqtisadi əlaqələrin bərpa edilə biləcəyi bir çox sahə var və bu, hər iki ölkə üçün faydalı olardı", - Putin bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti